2021-ci ilin ilk günlərində bazara satışıa çıxarılan yeni 500 qramlıq gilas qutusu 9,8 min dollara satılıb.
SHOWNEWS.AZ Yapon mediasına istinadən məlumat verir ki, ölkənin Yamaqata əyalətində bu il 500 qramlıq gilas qutusu 1 milyon ienə (9,8 min dollara) satılıb.
Satışda ən bahalı gilaslar tez yetişən Satonisiki çeşidindən seçilərək yığılan qutulardan ibarət olub.
Gilasın baha qiymətə satılması onun yetişdirılmə texonologiyası ilə izah olunur. Bu növ gilas ağacları xüsusi qablarda böyüyür. Xüsusi qablara əkilən gilas ağacları iyun ayından oktyabrın əvvəlinədək soyuducuya, daha sonra istixanalara yerləşdirilir.
İstixanlarda isə həmin ağaclar gündüz 25 dərəcə, gecələr isə 13 dərəcəyə yaxın istilikdə xüsusi saxlanılır.
Qeyd edək ki, Yaponiyanın Yamaqata əyaləti ən dadlı gilas istehsalçısı hesab olunur və ölkənin 75 faiz meyvə istehsalı bu əyalətin payına düşür.
// bizim.media