Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən 922 nəfər həlak olub.
Axşam.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu il ziyarət zamanı ölənlərin 600-ə yaxını misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar arasında İordaniya, İndoneziya, İran, Seneqal və Tunis olan şəxslər də var.
Səudiyyə Ərəbistanı ölkədə istidən ölən zəvvarlar barədə məlumat yaymayıb.
Qeyd edək ki, bazar ertəsi Məkkədə havanın temperaturu 52 dərəcəyə çatıb.