Türkiyədə instaqrama giriş bloklanıb.
Bu haqda Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qərar verib.
Qadağanın nə ilə bağlı olması və nə vaxta kimi davam edəcəyi haqqında heç bir məlumat verilməyib.
İddialara görə, İnstaqram “HƏMAS” lideri Haniyenin ölümü ilə bağlı paylaşılan başsağlığı mesajlarını silib və həmin səhifələri bloklayıb.
Türkiyə də İnstaqramın bu addımına cavab olaraq, sosial şəbəkəyə girişi məhdudlaşdırıb.