Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Parisin mərkəzində Makronun istefası tələbi ilə etiraz aksiyası keçirilir

Parisin mərkəzində Makronun istefası tələbi ilə etiraz aksiyası keçirilir

Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa Prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb ediblər.

Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

"Makron, istefa!”, "Makronun zorakı çevrilişinə son!”, "Makron demokratiyanı məhv edəndir!” – nümayiş iştirakçıları şüarlar səsləndirirlər. Bundan əlavə, toplaşan solçu partiyaların tərəfdarları prezidentin təxminən iki aylıq məsləhətləşmələrdən sonra namizədliyi rədd edərək sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri ölkənin baş naziri vəzifəsinə təyin etməsindən hiddətlərini ifadə edirlər.

Onlar həmçinin Marin Le Pen və onun Milli Birlik partiyasına qarşı şüarlar səsləndirirlər, çünki onların fikrincə, "sağçı” baş nazir təyin edilməklə, o, hazırkı hökumətə daha çox təsir edəcək.

Etirazçıların əksəriyyəti solçu siyasi partiyaların, tələbə və gənclər təşkilatlarının fəallarıdır.

///Report