Məlum olduğu kimi, Donald Tramp Kamala Harris üzərində qələbə qazanaraq ABŞ-nin 47-ci prezidenti olub.
O, zəfər nitqində "ABŞ üçün qızıl dövr olacaq” deyərək, müharibələrə son qoyacağının anonsunu verib.
Siyasi ekspertlərin fikrincə, onu yenidən kabinetinə qaytaran və prezident kürsüsünə gətirən üç əsas səbəb olub.
AZXEBER.COM CNN Türk-ə istinadən xəbər verir ki, bunlardan birincisi seçki kampaniyalarında namizədlərin daha əvvəl yaşamadıqları hadisələr olub.
Tramp iyulun 13-də Pensilvaniyadakı mitinqində sui-qəsd cəhdinə məruz qalıb. Məhz bu əlamətdar hadisə onun seçkidə qalib gəlməsində təsirsiz ötüşmədi.
Prezident güllələnsə də, seçicilərinə mübarizə mesajını verib.
Trampı qələbəyə aparan daha bir güclü məqam oktyabrın 20-də Filadelfiyada qeydə alınıb. "Fast food" sevgisi ilə tanınan Tramp mətbəxə daxil olub. O, müştərilərə əlləri ilə kartof qızartması bişirib.
Trampı seçicilərə yaxınlaşdıran digər məqam isə ABŞ Prezidenti Co Baydenin respublikaçı seçicilər üçün işlətdiyi "zibil” ifadəsi olub.
Tramp bu açıqlamaya mitinqinə zibil maşını ilə gedərək cavab verib.