"Bloomberg" dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb.
Axşam.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyahıya liderlik edib. Onun sərvəti 348 milyard dollar qiymətləndirilir. Son bir həftə ərzində iş adamının sərvəti 35 milyard dollar artıb.
İkinci sırada "Amazon"un qurucusu Ceff Bezos yer alıb. Onun sərvəti isə 219 milyard dollar təşkil edir.
"Oracle" korporasiyasının yaradıcılarından biri olan Larri Ellison 206 milyard dollar sərvəti ilə üçüncü sırada qərarlaşıb.
Siyahıda "Lukoyl"un təsisçisi, eks-prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov 27,6 milyard dollar sərvəti ilə 76-cı olub.