Koronavirus pandemiyasının ikinci ili bəşəriyyət üçün birincisindən daha təhlükəli ola bilər.
SHOWNEWS.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib.
"Biz pandemiyanın ikinci ilinə qədəm qoyuruq və bu il koronavirusun yayılma dinamikasını nəzərə alsaq, daha çətin ola bilər", - deyə Rayan bildirib.
ÜST rəsmisi əlavə edib ki, son iki həftə ərzində quruma daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.