Azərbaycan Böyük Britaniyanın Oksford Universitetinin koronavirusla mübarizənin effektiv tədbirləri üzrə reytinq siyahısında 10 ən yaxşı ölkə arasında üçüncü yeri tutub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Tədqiqatçılar dünyanın 183 ölkəsində hökumət tədbirlərini əhaliyə yardım və səhiyyə sisteminin işi kimi 19 göstərici üzrə qiymətləndiriblər.