Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Samsung” və “iPhone” almaq istəyənlərə bəd xəbər: Bundan sonra qiymətlər…

“Samsung” və “iPhone” almaq istəyənlərə bəd xəbər: Bundan sonra qiymətlər… ABŞ-nin tətbiq etdiyi əlavə gömrük tarifləri və "Apple” istehsalının böyük hissəsinin Çində olması maya dəyərini əhəmiyyətli dərəcədə artıracaq və istifadəçilərə artım kimi əks olunacaq.    "Reuters” xəbər agentliyinin təhlilinə görə, "iPhone” və "Samsung”un qiymətləri 43%-dək artacaq.   Ekspertlərin fikrincə, 10 faizdən çox artım şirkətlərə ciddi şəkildə təsir edəcək və alıcılarını itirəcək.   Hazırda qiyməti 799 və 1599 dollar olan "iphone” modelləri müvafiq olaraq 1142 və 2300 dollara qalxa bilər ki, bu da 43 faiz qiymət artımını əks etdirir.   İddialara görə, "Apple” yeni gömrük rüsumlarından yayınmaq üçün təcili tədbirlər görür.   Çindən ABŞ-a telefonlarla dolu 5 təyyarənin aparıldığı bildirilib.   Digər təsirlənən telefon şirkəti Samsung da qiymət artımı ilə üzləşib. Cənubi Koreya şirkəti istehsalının əhəmiyyətli hissəsini Vyetnamda həyata keçirir.   ABŞ prezidenti Donald Tramp da Vyetnama 46 faiz əlavə vergi tətbiq edib.    Bu səbəbdən Samsung modellərində 20-40 faizə qədər artımın olacağı təxmin edilir.