Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Facebook” Türkiyəyə nümayəndə göndərir - QƏRAR VERİLDİ

“Facebook” Türkiyəyə nümayəndə göndərir - QƏRAR VERİLDİ

Facebook şirkəti Türkiyəyə təmsilçi göndərmək qərarı alıb.

SHOWNEWS.AZ "Haber Global”a istinadən xəbər verir ki, şirkət ifadə azadlığını qorumaq üçün çalışdığını açıqlayıb:  

"Türkiyədə qısa müddət öncə qəbul edilən sosial media platformaları haqqında qanunu yaxından izləyirik. Qanundan təsirlənən bəzi şirkətlər kimi biz də Türkiyəyə təmsilçi göndərmək qərarı aldıq. Türkiyədə yaşayan insanların ifadə azadlığının və digər insan haqlarının  qorunmasına dair bağlılığımızın dəyişməyəcəyini ictimaiyyətə bildiririk”.   Qeyd edək ki, Türkiyədə sosial şəbəkələr barədə qanun oktyabrın 1-dən qüvvəyə minib.  

Qanuna görə, Türkiyədə nümayəndəliklərini açmayan Tvitter, Instagram, YouTube, Periscope, Facebook və Instagram 1,2 milyon dollar dəyərində cərimə olunmuşdular.