İnsanlığı yaxın gələcəkdə kütləvi tələfat və ölüm gözləyə bilər. Bu nəticəyə beynəlxalq elmi qrup gəlib.
Onlar son elmi tədqiqatlarının nəticəsində aşkarlayıblar ki, qlobal iqlim dəyişikliyinə görə insanlığın həyatı üçün cidid təhlükə yaradıb, ölüm-qalımç məsələsinə çevriləcək.
SHOWNEWS.AZ xəbər verir ki, alimlər həyəcan təbili çalaraq, artıq bu təhlükəyə ciddi yanaşmağa çağırır.
"İnsanlar bir çox yaşayış yerlərindən kütləvi köç edəcək, miqrasiya xaosu olacaq, təbii və qida, yaşayış resursları uğrunda konfliktlər olacaq. İnsanların səhhətində ciddi fəsadlar yaranacaq. Depressiv ab hava yaranacaq. Eləcə də bir çox kiçik və böyük pandemiyalar baş qaldıracaq".
Alimlər artiq plastic qab, sellofan və avia uçuşların azaldılmasının da effekt verməyəcəyini və bu məsələdə gecikdiyimizi bildirir.
Ona görə də İlon Mask Marsa yerləşmə və yaşama layihəsi üzərində işləri sürətləndirib.
Dünya birlikləri və ayrılıqda ölkələr iqtisadi yarışdan və ekoloji mübarizədən çəkinməli, elm, təhsili inkişaf etdirməli, ciddi dəyişikliklər etməlidirlər.
Çünki dünyanın bu günkü vəziyyəti kütləvi məhvi yaxınlaşdırır. /medicina.az