Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası olan Saxaraya (Böyük Səhra) qar yağıb
Qar həm Saxara səhrasına, həm də yaxınlığındakı yaşayış məntəqələrinə yağıb.
Bu barədə “İzvestiya” telekanalı xəbər verib.
Məlumata görə, Əlcəzairin Ayn-Sefra şəhəri də ağ örtüyə bürünüb. Yerli əhali bu təbiət hadisəsini maraqla qarşılayıb və qartopu oynayıb.