Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində azı 43 qeyri-leqal miqrant həlak olub.
SHOWNEWS.AZ bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə bəyanatına əsasən, Aralıq dənizində faciə yanvarın 19-da baş verib.
10 nəfər xilas edilib. Onlar Liviyanın Zuvara şəhərinə çatdırılıb.
Qəzaya səbəb qayığın mühərriyinin sıradan çıxması, həmçinin əlverişsiz hava şəraiti olub.