
ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
CNN-in məlumatına görə Fordo nüvə obyektinə 6 ədəd “B-2” bombardmançı təyyarə ilə 12 sığınacaq əleyhinə bombadan istifadə olunub.
Natanz nüvə obyektinə isə 2 bomba atılıb.
Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib.
İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə zərbə endirməsini şərh edib:
“ABŞ Təhlükəsizlik Şurasının daimi üzvü kimi İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləni kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr hədsizdir və uzunmüddətli nəticələrə gətirib çıxaracaq” - XİN rəhbəri deyib.
O, həmçinin vurğulayıb ki, BMT-nin qanuni özünümüdafiəsinə imkan verən Nizamnaməsinə uyğun olaraq, respublika öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.