70 ildir evli olan amerikalı cütlük Dik və Şerli Muk həyata gözlərini yumub.
SHOWNEWS.AZ xəbər verir ki, koronavirusa yoluxan 87 və 89 yaşlı cütlük bir neçə dəqiqə fərqlə vəfat edib.
Qeyd edək ki, Ohayoda yaşayan Muk cütlüyü ötən ilin dekabr ayının sonunda evliliklərinin 70-ci ildönümünü qeyd edib.
Onların 5 övladı, 13 nəvəsi və 28 nəticəsi var.
Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından bəri 24,2 milyondan çox insan koronavirusa yoluxub, 401 mindən çox insan həyatını itirib.
// Publika.az