Çinin xəstəliklərin yayılmasına nəzarət mərkəzinin ekspertləri 2021-ci ilin martı üçün koronavirusla bağlı xəbərdarlıq edici açıqlama ediblər.
SHOWNEWS.AZ xəbər verir ki, bir neçə institutun alimləri apardıqları araşdırmalara əsasən 2021-ci ilin mart ayına kimi dünyada koviddlən ölənlərin sayı 5 milyona çata bilər.
Yoluxmada artım daha çox ABŞ-da proqnozlaşdırılır: 32 milyon.
Alimlər qeyd edib ki, marta kimi sosial məsafə, maska rejimi və kütləvi vaksinasiya davam etsə, yoluxma azalıb, bir ayda 300 minə düşə bilər.
Qeyd edək ki, daha öncə də ÜST-ün nümayəndəsi pandemiyanın ikinci ilinin insanlıq üçün daha ağır olacağını bildirmişdi. /medicina.az