Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusdan ölüm olmayacaq - Molekul icad olundu

Koronavirusdan ölüm olmayacaq - Molekul icad olundu

Avstraliyanın Monaş Universitetinin alimləri COVID-19 ilə əlaqəli astma və ağciyər funksiyası pozğunluqları ilə mübarizə edə biləcək iki molekul kəşf ediblər.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Nature Immunology” jurnalında dərc olunan məqalədə bildirilib.

Molekulların effektivliyi Kəskin Respirator Distress Sindromundan (KRDS) əziyyət çəkən heyvan modellərində sübut olunub.

Qeyd edək ki, KRDS - tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir və koronavirus infeksiyasından ölüm səbəblərindən biri sayılır.

Hesab olunur ki, sözügedən molekullar yoluxmuş insanlar üçün mümkün xilasedici ola bilər.

Alimlər bu məlumatların koronavirusla mübarizə üçün daha effektiv və yan təsirləri olmayan preparat hazırlamağa yardım edəcəyini düşünürlər.