Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Netflix” 82 milyarda “Warner Bros.”u aldı!

“Netflix” 82 milyarda “Warner Bros.”u aldı!

Qlobal əyləncə sənayesini dəyişəcək nəhəng  razılaşma elan edilib.

OLAY yazır ki, “Netflix”  “Warner Bros. Discovery” ilə razılaşaraq “Warner Bros.”un film və televiziya studiyalarını, həmçinin HBO və HBO Max platformalarını öz tərkibinə qatacağını açıqlayıb.

Təxminən 82,7 milyard dollar dəyərindəki bu razılaşma, WBD-nin Discovery Global bölməsinin ayrıca ictimai şirkətə çevrilməsindən sonra həyata keçiriləcək.

“Game of Thrones”, “Harry Potter”, “Friends”, “The Sopranos” kimi kult layihələr artıq “Netflix”də yayımlanacaq. Eyni zamanda “DC kainatı”, “The Big Bang Theory”, “The Wizard of Oz” kimi məşhur filmlər və seriallar da “Netflix” kataloquna daxil olacaq.

Bu birləşmə ilə Netflix-in “Stranger Things”, “Squid Game”, “Bridgerton” kimi məşhur orijinal layihələri Warner Bros.-un zəngin kontenti ilə birləşərək daha geniş bir platformada təqdim olunacaq.