Süni zəkanın tətbiqindən sonra bəzi peşələr tamamilə yox ola bilər.
SHOWNEWS.AZ ted.az-a istinadən bildirir ki, bu fikirlə Türkiyənin Boğaziçi Universitetinin professoru Cem Say çıxış edib.
Süni zəkanın 1950-ci illərdən başlayaraq, həyatımıza daxil olduğunu deyən professor C.Say qeyd edib ki, bu texnologiya dünyanın ən yaxşı sürücüsündən daha peşəkardır. O fikirini əsaslandırmaq üçün nümunələr də göstərib. Məsələn, tıxaclar şəhəri kimi də tanınan İstanbulda hansı yolun boş olduğunu öyrənmək üçün istifadə edilən naviqasiya proqramları, mühafizə olunan binalara girişdəki nəzarət kameraları və s.
Professor qeyd edib ki, bəzi işləri süni zəka insanlardan daha yaxşı yerinə yetirir. Bu da həmin peşələrin tamamilə ləğvinə rəvac yaradır.