Son bir ildə Rusiya əhalisi yarım milyon nəfər azalıb.
SHOWNEWS.AZ TASS-a istinadən xəbər verir ki, 2021-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkə əhalisi 146 milyon 238 min nəfər təşkil edib.
Ötən ilin müvafiq dövründə Rusiya əhalisinin sayı 146 milyon 748 min nəfər olub. Son bir il ərzində əhalinin 510 min nəfər azalması qeydə alınıb.