Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusu dünyaya yayan Çin pandemiyası fonunda iqtisadi artım göstərən yeganə ölkədir - ŞOK FAKTLAR

Koronavirusu dünyaya yayan Çin pandemiyası fonunda iqtisadi artım göstərən yeganə ölkədir - ŞOK FAKTLAR

Çin 2020-ci ildə 200-dən çox ölkəyə 220 milyarddan çox qoruyucu maska satıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Bildirilir ki, ölkədən həmçinin 2.3 milyard qoruyucu kostyum və bir milyard reaktiv test dəsti ixrac edilib.

Çinin Ticarət nazirinin müavini Tsyan Keminin sözlərinə görə, ölkə epidemiya əleyhinə dərmanların ən böyük ixracatçısı kimi üstünlüklərini fəal şəkildə inkişaf etdirib.

2020-ci ildə Çin iqtisadiyyatı 2,3 faiz böyüyüb. Halbuki, ölkədə iqtisadi artım son qırx ildə minimal göstərici təşkil edib.

Bununla yanaşı Çin ehtimal ki, böyük dövlətlər arasında koronavirus pandemiyası fonunda iqtisadi artım göstərən yeganə ölkədir.

Misal olaraq qeyd edək ki, ABŞ-da 2020-ci il üçün ÜDM-i (Ümumi Daxili Məhsul) 3,5 faiz azalıb, bu isə 1946-cı ildən bəri ən zəif göstəricidir.