Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 14 erməni hərbçinin meyiti tapılıb.
SHOWNEWS.AZ “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlərdən biri Xocavənd, digər 13-ü isə Cəbrayıl istiqamətində aşkarlanıb.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 344-ə yüksəlib.
Hazırda axtarış işləri Hadrut və Sünik istiqamətlərində davam etdirilir.