Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Putinin sarayı” adlanan imarətin ƏSL SAHİBKARI ÜZƏ ÇIXDI

“Putinin sarayı” adlanan imarətin ƏSL SAHİBKARI ÜZƏ ÇIXDI

Bir müddət əvvəl rusiyalı müxalif bloqqer Aleksey Navalnı “Putinin sarayı” adlı araşdırma videosunu yayımlayıb. Görüntüdə Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən bəhs edilirdi. İddialara əsasən, Qara Dənizin “Gelencik” buxtasında yerləşən sarayın qiyməti 100 milyard rubl (1.35 milyard dollar) idi.

SHOWNEWS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin isə videodakı sarayın özünə və yaxınlarına aid olmadığını açıqlayıb.

 

Hazırda isə sözügedən malikanənin rusiyalı iş adamı Arkady Rotenberqə məxsus olduğu ortaya çıxıb. O, da qeyd edilib ki, tikili şəxsi mülk olaraq yox, otel kimi fəaliyyət göstərmək  üçün nəzərdə tutulub. 

Tikinitisi davam edən dəbdəbəli otelin yaxın illərdə istifadəyə verilməsi planlaşdırılır.