Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sosial şəbəkələrdə feyk məlumat yayanlara qarşı qanun qüvvəyə mindi - Rusiyada

Sosial şəbəkələrdə feyk məlumat yayanlara qarşı qanun qüvvəyə mindi - Rusiyada

1 fevral tarixindən Rusiyada sosial şəbəkələrdə yalan və qanuna zidd məlumatlara qarşı federal qanun qüvvəyə minib.

SHOWNEWS.AZ xəbər verir ki, yeni qanun gündəlik 500 min insanın ziyarət etdiyi sosial şəbəkə sahiblərinə təsir edəcək.

Qanuna əsasən ölkədə yeni bir "ictimai şəbəkə sahibi" konsepsiyası təqdim edilib.

İndi o, internetdə məlumat yayımının təşkilatçısı kimi tanınıcaq və bütün məsuliyyət ona həvalə ediləcək: ölkədə nümayəndəlik yarada, istifadəçilərdən alınan müraciətlərin reyestrini apara biləcək.

Bundan əlavə, təşkilatçıdan sosial şəbəkə istifadəçi üçün davranış qaydalarına dair sənəd yerləşdirmək tələb olunacaq.