Rusiya Azərbaycanla uçuşları bərpa edəcək.
SHOWNEWS.AZ xəbər verir ki, müvafiq sənəd Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən imzalanıb. Uçuşların fevralın 15-dən başlaması planlaşdırılır. Bildirilib ki, Moskva-Bakı aviareysləri həftədə 2 dəfə həyata keçiriləcək.
Qeyd edək ki, Rusiya müvafiq qərara əsasan Ermənistanla da aviareysləri bərpa edəcək. Bundan əlavə qərarda həmçinin Belarusla dəmiryolu nəqliyyatının bərpası da nəzərdə tutulub.