Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, "Kiyevskaya Ploşad" Holdinqinin idarə heyətinin sədri Qod Nisanov "Aleksandr Nevski" ordeni ilə təltif edilib.
OLAY yazır ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də 454 saylı sərəncam imzalayıb.
Qeyd edək ki, Qod Nisanov buna qədər də bir sıra fəxri adlar və ordenlərlə təltif olunub.
Belə ki, o, 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunub.
Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
15 aprel 2026-cı ildə Sankt-Peterburq Qanunvericilik Məclisi tərəfindən "Sankt-Peterburqun Fəxri xeyriyyəçisi" fəxri adı ilə təltif olunub.




