Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələri ilə bağlı son qərarına münasibət bildirib.
247press.media xəbər verir ki,Paşinyan bu məsələ ilə bağlı rəsmi cavab verməyəcəklərini açıqlayıb.
Baş nazir bildirib ki, Ermənistan 1915-ci il hadisələrinin siyasi alətə çevrilməsini ölkənin maraqlarına uyğun hesab etmir.
“Biz hesab edirik ki, “erməni soyqırımı”nın siyasiləşdirilməsi məsələsinə qoşulmamaq Ermənistan Respublikasının maraqlarına uyğundur. Buna görə də bu məsələyə cavab verməyə ehtiyac görmürük”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan bu mövzuda əlavə gərginlik yaratmaq niyyətində deyil.




