Koronavirus pandemiyasının başa çatması üçün dünya əhalisinin 3/4 hissəsi peyvənd olunmalıdır.
Gazeta.ru portalı “Bloomberg” informasiya agentliyinə istinadən bildirir ki, bu qədər insanın vaksinasiya prosesindən keçirilməsi üçün yeddi il vaxt lazımdır.
“Hazırda dünya üzrə hər gün 4.5 milyon nəfər peyvənd olunur. Hər bir nəfərə iki doza peyvəndin lazım olduğunu nəzərə alsaq, dünya əhalisinin 75%-nin vaksinasiyası üçün yeddi il lazım olacaq”, -deyə agentlikdən bildirilib.
Ekspertlərin fikrincə, ABŞ qarşıya qoyulan məqsədə 11 ay ərzində çatacaq.
Qeyd edək ki, bugünədək ən sürətli vaksinasiya prosesi İsrail (100 nəfərə 58 doza) və BƏƏ-də (100 nəfərə 35.8 doza) müşahidə olunur.