Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Apple” elektromobil istehsal edəcək

“Apple” elektromobil istehsal edəcək

“Apple” şirkəti öz adını daşıyacaq elektromobillərin istehsalı üçün “Hyundai” və KIA ilə əməkdaşlıq planları barədə danışıb.

Bu barədə avtovesti.ru saytı xəbər yayıb.

Bildirilir ki, şirkət avtomobili ABŞ-ın Corciya ştatının Vest-Poynt şəhərindəki KIA montaj zavodunda istehsal etməyi planlaşdırır.

“Apple Car” adını alan pilotsuz elektromobilin artıq 2024-cü ildə istehsalına başlanılması planlaşdırılır. Sürücüsüz nəqliyyat vasitəsinin rəqibinin isə pilotsuz elektromobil bazarında yerini möhkəmlədən “Tesla”nın olacağı düşünülür.

Bəzi mənbələrə görə, “Apple” elektromobilində nə sürücü oturacağı, nə də idarəetmə sistemi olacaq ki, bu da avtomobilini idarə etməyi sevən sürücülər üçün pis xəbər ola bilər.

“Apple Car”ın salonu daha çox ətrafındakı informativ əyləncə displeyləri (qapılarda belə) və jestlərin köməyi ilə idarə sistemləri olan kabinəyə bənzəyəcək. Xarici görünüşcə isə avtomobilin dizaynı kompüter siçanını xatırladacaq.