Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan

“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan

“TRIPP layihəsinin işə başlaması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni dövr başlayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də illik “Konkordiya” sammitində çıxışı zamanı bildirib. 

“Hazırda diqqəti TRIPP layihəsinin həyata keçirilməsinə yönəltmişik, bunun nəticəsində regional qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq, çünki hər şeydən əvvəl Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq”, - deyə Paşinyan qeyd edib.

O həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədin və bunun da çərçivəsində dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözləyir.