Uelsdə baş verən qeyri-adi hadisə ətrafdakı insanları təşvişə salıb.
Leon Gillespi adlı şəxs Ysbyty Glan Clwyd xəstəxanasının damına çıxaraq əlində dərənə bənzər əşya ilə peyda olub. Başdan-ayağa qara geyinən şəxsi görənlər onu ölüm obrazında təsəvvür ediblər.
Gillespi xəstəxananın damında təxminən 50 dəqiqə qalıb. Hadisə o qədər narahatlıq yaradıb ki, əraziyə polis və yanğınsöndürənlər cəlb olunub.
Məhkəmədə isə o, gözlənilməz açıqlama verib. Bildirib ki, geyimi ilə ölümü deyil, qarğanı təsvir etmək istəyib.
Nəticədə Gillespi ictimai asayişi pozmaqda təqsirini etiraf edib və 200 funt sterlinq məbləğində cərimələnib.
Onun özünə görə adi və zərərsiz hesab etdiyi kostyum xəstəxanada əsl qorxu səhnəsinə səbəb olub.




