Yeni koronavirus növünün mənşəyini araşdıran alimlər Tailandın şərqində yaşayan yarasalarda COVID-19-a səbəb olan Sars-CoV-2 virusuna 90 faizdan çox bənzəyən fərqli bir virus növü aşkar ediblər.
SHOWNEWS.AZ türk mətbuatına istinadən xəbər verir ki, “RacCS203” adı verilən virusa bir çox Asiya ölkəsindəki yarasalarda rast gəlinib. Sözügedən virusu at nalı yarasalarının törətdiyi qeyd edilir. Bildirilib ki, “RacCS203”ün sahəsi artıq 4 800 kilometrə qədər genişlənib.
Sinqapur Universiteti tədqiqatçıları, at nalı yarasalarındakı virusun SARS-CoV-2-nin genetik koduna 91,5 faiz bənzədiklərini qeyd ediblər.
// axşam.az