Qəza nəticəsində 33 gün adada yaşamağa məcbur olan 3 nəfər şəxs qurtarılıb.
SHOWNEWS.AZ xəbər verir ki, ABŞ və Kuba arasındakı Baham adalarındakı yaşayış olmayan bir adada qalan iki kişi və bir qadın ABŞ Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib.
Onların günlərlə tutduqları siçanlarla bəsləndikləri öyrənilib.
ABŞ mediası xilas edilənlərin Kuba vətəndaşı olduqlarını açıqlayıb.