Böyük Britaniyada şahzadə Corc və kral ailəsinin digər üzvlərini dondurma ilə zəhərləmək istəyən kişi 28 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Sky News” xəbər verir.
Bildirilir ki, 27 yaşlı Sahayb Əbu sui-qəsdi koronavirus pandemiyası dövründə planlaşdırıb. Belə ki, o, ən yaxın supermarketdə kral ailəsinin üzvləri tərəfindən alınacaq dondurmaya zəhər qatmaq istəyib.
Mediada yayılan məlumata görə, o, sosial şəbəkə vasitəsi ilə terror qruplaşması ilə əlaqədə olub.
Əbu ötən ilin iyulun 9-da həbs olunub. Saxlanılan şəxs təqsirini etiraf edib.