Dünyanın ən böyük aysberqi bir neçə hissəyə ayrılıb.
SHOWNEWS.AZ xəbər verir ki, “A-68a” kod adlı aysberqin parçaları Antarktikadan 1500 km şimal-şərqdə, Cənubi Corciya adası yaxınlığında görüntülənib.
3 ildən çoxdur dünyanın ən böyük buz parçası hesab olunan “A-68a”nın 11 hissəyə bölündüyü bildirilir.
“A-68a” 2017-ci ilin yayında Antarktidadakı böyük “Larsen C” buz şelfindən ayrılaraq meydana gəlmişdi. Buz blokunun sahəsi 5800 kv/km idi.
Okeanda üzən bu qədər böyük bir nəsnə dəniz heyvanlarına gedən qida axınının qarşısını ala və ekosistemi məhv edə bilər. Həm də üzən gəmilər üçün son dərəcə təhlükəlidir. Buna görə mütəxəssislər onu və bütün hissələrini diqqətlə izləyirlər.
Xatırladaq ki, ötən ilin dekabrında “A-68a”nın sürətlə əridiyi xəbəri verilmişdi.