Rusiyada insanda quş qripinə yoluxma faktı aşkarlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı bir fermada yeddi nəfərin H5N8 quş qripi testi müsbət çıxıb.
Rusiya İnsan Sağlamlığı və İstehlakçını Qoruma Qurumu virusun insandan insana keçdiyinə dair bir məlumat olmadığını bildirib:
“Virus quşlardan insana yoluxa bilər. Növlər arasındakı əngəli keçib. Yoluxmalar ilkin mərhələdə aşkarlanıb. Bununla bağlı məlumatlar Ümumdünya Səhiyyə Təşkilatına göndərilib”.