Bəzi dünya ölkələrində yoluxma əleyhinə başladılan vaksinasiya prossesi gözlənilən nəticələri verməyib.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, "AstraZeneca" peyvəndinin vurulması zamanı artan ölüm halları səbəbilə 10 ölkədə bu peyvəndin istifadəsi dayandırılıb. Ölən koronavirus xəstələrinin böyük əksəriyyəti qanda baş verən laxtalanmadan vəfat edib.
Ümumdünya Səhiyyə Təşkilatının sonuncu iclasında isə peyvəndin qan laxtalanması ilə heç bir əlaqəsi olmadığı açıqlanıb. Peyvəndləmədən sonra baş verən ölüm hallarının dəqiq araşdırılacağı və ictimaiyyətə çatdırılacağını bildirib.
ÜST baş katibi Tedros Adhanom Qebreysus isə insanları peyvəndin deyil, virusun öldürəcəyini açıqlayıb. O, dünyada 2 milyon 600 min insanın koronavirus səbəbilə düyasını dəyişidiyini bildirib və bunları əlavə edib:
“Vaksinasiya prossesinin mümkün olduğu qədər sürətli şəkildə həyata keçirilməsi vacibdir. Əgər vaxt uzanarsa insanlar ölməyə davam edəcək”.