Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ən qorxulusu koronavirus deyil, gələcəyə hazır olmalıyıq” - Peyvəndin yaradıcısı

“Ən qorxulusu koronavirus deyil, gələcəyə hazır olmalıyıq” - Peyvəndin yaradıcısı

Koronavirusa qarşı "Pfizer-BioNTech" vaksinini istehal edən "BioNTech" şirkətinin qurucusu Uğur Şahin koronavirusla bağlı maraqlı açıqlamalar verib.

SHOWNEWS.AZ xəbər verir ki , “Bloomberg"ə danışan alim  bildirib ki, COVID-19 dünyanın üzləşdiyi ən qorxulu virus deyil , gələcəkdə daha ağır nəticələrə və ölümlərə səbəb olacaq viruslar yayılacaq, hazır olmalıyıq.

Uğur Şahinin sözlərinə görə, Dərman istehsalçıları və dünya ölkələrinin birinci hədəfi peyvənddən sonra 3 ay ərzində əhalidə immunitetin yaradılmasına nail olmaqdır:

“Dünyadakı peyvənd istehsalı və kampaniyaların hazırkı vəziyyətinə nəzər yetirdikdə, bu sadəcə xəyal olaraq görünür. Vəziyyətdən çıxış yolu dövlətlər və özəl şirkətlər arasında işbirliyinin əldə olunmasındadır.

Nəticə əldə etmək üçün sığorta sistemindəki problemlər aradan qaldırılmalıdır. Hazırda dünyanın bütün əhalisi üçün vaksin istehsal etməyə hazır deyilik. 

Bu nəticə dəyişməlidir. Peyvəndi tez zamanda tapmaqla yanaşı, yetəri qədər istehsal etmək də vacibdir. Hazırda Avropanın 7, ABŞ əhalisinin 19 faizi birinci doza peyvənd vurdurub. Fikrimcə, peyvənd istehsalçıları gələn il bütün dünyaya yetəcək qədər vaksin istehsal edə biləcəklər".

Bizim.Media