Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sabahdan idman zalları və fitnes mərkəzləri açılır

Sabahdan idman zalları və fitnes mərkəzləri açılır

Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.

SHOWNEWS.AZ bildirir ki, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir.

Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, Gürcüstanda mərhələli şəkildə məhdudiyyətlərin qaldırılması barədə planı fevralın 24-də Baş nazir İrakli Qaribaşvili açıqlayıb.