Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dua otağında cinsi əlaqədə oldular - Parlamentdə SEKS QALMAQALI

Dua otağında cinsi əlaqədə oldular - Parlamentdə SEKS QALMAQALI

Avstraliya Parlamentində qalmaqal yaşanıb.

Belə ki, bəzi işçilərin dua otağında cinsi əlaqədə olmasının videoları mediaya sızdırılıb.

Bununla bağlı RT məlumat yayıb.

 

Bildirilib ki, videoları keçmiş bir millət vəkili mətbuata ötürüb. O, parlamentin kişi işçilərinin fahişələri binaya apardığını və bu cür videoları çəkdiyini söyləyib.

Məsələ ilə bağlı açıqlama verəb Avstraliyanın Baş naziri Scott Morrison “şoka düşdüyünü” bildirib.

“Bu evdə işləri qaydasına salmalıyıq. Əvvəlcə problemi müəyyənləşdirib sonra düzəltməlisən”, - deyə  Morrison bildirib.

Xatırladaq ki, keçmiş hökumət işçisi 26 yaşlı Brittani Higgins nazirlərdən birinin ona kabinetində təcavüz edildiyini elan etdikdən sonra ölkədə etirazlar başlayıb. O, sözügedən təcavüzün 2019-cu ildə baş verdiyini, amma işini itirməkdən qorxduğu üçün polisə müraciət etmədiyini söyləmişdi.