SHOWNEWS.AZ xəbər verir ki, Afyonkarahisarda 27 yaşlı A.Y adlı bəy gəlini götürməyə gedən zaman sevincdən üzərindəki sənədsiz silahla atəş açıb.
Bu zaman evin qarşısında dayanan qayınatası 55 yaşlı Əli.A başından güllə yarası alıb.
Hadisə yerinə Təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardımın həkimləri ilkin müdaxilədən sonra Əli.A-nı xəstəxanaya aparıblar.
Əməliyyat olunan Əli.A-nın vəziyyətinin ağır olduğu bildirilir.
Qayınatasını güllələyən A.Y polislər tərəfindən saxlanılıb.