Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyada keçmiş nazir müavininin sərvəti 10 milyard dolları keçib

Rusiyada keçmiş nazir müavininin sərvəti 10 milyard dolları keçib

Rusiyanın keçmiş rabitə nazir müavini Denis Sverdlovun sərvəti 10 milyard dolları keçib.

“Forbes” nəşrinin məlumatına görə, eks-məmurun elektrikli nəqliyyat istehsal edən şirkətinin səhmlərinin birjada yerləşdirilməsi onu ölkəsinin ən varlı şəxslərindən birinə çevirib.

 

Qeyd edək ki, keçmiş nazir müavini 2012-2013-cü illərdə vəzifə tutub. O, öz şirkətini 2015-ci ildə yaradıb.

D.Sverdlovun “Arrival” şirkəti ABŞ-ın “CIIG Merger Corp” şirkətilə birləşərək martın 25-də səhmlərini qiymətli kağızlar bazarına (NASDAQ) çıxarıb. “Finansial Times” nəşrinin məlumatına əsasən səhmlərin ümumi dəyəri 13.6 milyard dollar təşkil edib.