ABŞ-ın Nyu-York ştatında marixuananın istifadəsi leqallaşdırılıb.
SHOWNEWS.AZ xəbər verir ki, ştat qubernatoru Andrey Kuomo ştat senatının marixuana istifadəsinə icazə verməsindən sonra qanunu təsdiqləyib.
Nyu-York ölkə üzrə marixuananı leqallaşdıran 15-ci ştat olub.
Qanuna əsasən, şəxslər istifadə üçün üstlərində 85 qram marixuana gəzdirə biləcəklər.