Böyük Britaniyanın Oksford Universitetinin alimləri maraqlı addım atıblar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, elm adamları virusa yoluxub və sağalan insanlar üzərində yeni peyvənd təcrübədən keçirmək istəyirlər. Lakin bu sınağın həyata keçirilməsi üçün isə həmin şəxslər yenidən Covid-19-a yoluxmalıdır.
Bunun üçün də alimlər yenidən koronavirusa yoluxmaq istəyən 18-30 yaş arası könüllülər axtarırlar. Bu təcrübənin həyata keçirilməsində 57 könüllünün və 64 həkimin iştirakı gözlənilir. Aparılan tədqiqatlar zamanı insanların yenidən Covid-19-a yoluxmaması və gələcəkdə yoluxma ehtimalını sıfıra endirən peyvənd sınaqdan keçiriləcək.
Lakin bu təcrübənin həyata keçirilməsinə müəyyən qurumlar icazə verməlidir. Bundan sonra sınaqlara başlanılacaq.