Ramazan ayı başladığından bəri hər gecə Qüdsdə İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma baş verir. Bu gecə ramazanın son gecəsidir və hazırda toqquşmalar davam edir.
“Anadolu” agentliyinin xəbərinə görə, İsrail polisi Məscidül-Əqsaya girərək səs bombaları ilə fələstinlilərə hücum edib. Ən az 15 nəfər yaralanıb.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu hadisəyə münasibət bildirib:
"Türkiyə İsrailin Əl-Əqsa Məscidinə hücumunu şiddətlə qınayır."