Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.
SHOWNEWS.AZ APA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi xaricdən zəvvarların Həcc ziyarətinə gəlməsinə icazə verib.
Lakin pandemiyaya görə əvvəlki illərlə müqayisədə kvota azaldılıb. Belə ki, iyul ayında baş tutacaq Həcc ziyarətində 60 min zəvvar (45 min ölkə xaricindən, 15 min isə Səudiyyə Ərəbistanından) iştirak edə biləcək.
Səudiyyə Ərəbistanı Həcc ziyarətində iştirak edəcək zəvvarlar üçün müəyyən edilən qaydaları da açıqlayıb.
Əsas qaydalar aşağıdakılardır:
- Zəvvarlar 18-60 yaş arasında olmalıdır;
- Zəvvarlar son altı ayda hər hansı xəstəliyə görə xəstəxanada yatmamalıdır;
- Zəvvarlara peyvəndin hər iki dozası vurulmalıdır;
- Həmin peyvənd Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır;
- Peyvəndin ikinci dozası Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl vurulmalıdır;