Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı milyarderin 105 milyonluq yaxtası dünya mediasında

Azərbaycanlı milyarderin 105 milyonluq yaxtası dünya mediasında

Azərbaycanlı milyarder Vahid Ələkbərovun "Galactica Super Nova" yaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna girib.

 

Axşam.az xəbər verir ki, bu haqda "Forbes" nəşri məlumat yayıb. Bildirilir ki, 70 metrlik yaxta yanvar-mart ayları arasında 11 900 dəniz mili səyahət edib. Yaxta ilə bu ərəfədə Aralıq dənizini, Atlantik okeanını və Karib dənizini gəziblər.

"Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov 2016-cı ilin fevralında aldığı 50 metrlik "Galactica" yaxtası ilə gündəmə gəlmişdi. İş adamı bunun üçün 19,5 milyon avro ödəyib. Ondan bir ay sonra iş adamı "Galactica Super Nova" yaxtasını sifariş verib. Sözügedən dəniz nəqliyyatı 41 aya hazırlanıb. O, milyarderin özünə məxsus olan Hollandiyanın "Heesen" gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.

Hazırda "Galactica Super Nova" dünyanın ən böyük alüminium yaxtasıdır. Bundan əlavə yaxta 4000 dəniz mili məsafəsi ilə 30 düyün sürətlə dünyanın ən sürətli yelkənli gəmilərindən biridir.

Yaxtada 12 sərnişin üçün altı kabin var, onlara 16 nəfərlik gəmi heyəti xidmət edir. Gəmidə helikopter meydançası, şəlalə, cakkuzi və təbii gün işığı ilə işıqlandırılan hovuz var.

Qeyd edək ki, "Lukoil"in əsas səhmdarı olan Rusiya neft maqnatı Vahid Ələkbərov "Forbes" nəşrinin "Rusiyanın ən zəngin 200 iş adamı"nın reytinqində 24.9 milyard dollar sərvəti ilə 4-cü yerdə qərarlaşıb.