Bu ilin aprelində 100 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filipp ailəsinə 42 milyon dollar (təxminən 71 milyon 400 min manat) miras qoyub.
Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşrinə kral ailəsinə yaxın şəxslərdən biri açıqlamasında bildirib.
Onun sözlərinə görə, Filipp ailəsinin digər üzvlərindən fərqli olaraq çox səxavətli biri olub:
"Filipp bu mirasın müəyyən bir hissəsini son illərdə onun üçün çalışan 3 kişiyə vəsiyyət edib. Kral ailəsinin Harri və Meqanla arasında yaşanan problemə baxmayaraq, şahzadə nəvəsi Harriyə də mirasından pay verib. Filipp dörd uşağı - Çarlz, Enn, Edvard və Endryuya isə pul əvəzinə öz kitabxanasını verib".
Qeyd edək ki, Filipp səhhəti ilə bağlı yaşadığı problemlərə görə xəstəxanaya yerləşdirilimişdi. O, aprelin 9-da təbii səbəblərdən Vindsor qəsrində dünyasını dəyişib.