Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərbaycanda, hətta kitab da oxuyurduq” - Qaytarılan erməni

“Azərbaycanda, hətta kitab da oxuyurduq” - Qaytarılan erməni

Ermənistana qaytarılan Erik Xaçatryan “armlur.am” saytına müsahibə verib. O, açıqlamasında Azərbaycanda olarkən ona normal münasibət göstərildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Xaçatryan əsir düşməzdən əvvəl Hadrutda 43 gün mühasirədə qaldığını bildirib.

“43 gün gizləndik. Evin damında idik, yuxarı qalxıb bizi gördülər. Bizi əsir götürdülər və dərhal Bakıya apardılar”, - deyə o qeyd edib.

 

Erməni Azərbaycanda ona normal münasibət göstərildiyini, hətta dostu ilə birlikdə kitab oxuduğunu bildirib: “Gündə üç dəfə yemək verirdilər. Həftədə bir dəfə yuyunurduq. Hər şey normal idi. Narahat etmirdilər”.

Xaçatryan ona ölkəsinə qayıdacağı barədə 12 iyunda məlumat verildiyini və onunla həbsxanada olan bütün ermənilərin Ermənistana qaytarıldığını deyib.