Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Arvadı boşanmaq istəyən kişi 13-cü mərtəbədən uşağını atacağı ilə hədələdi

Arvadı boşanmaq istəyən kişi 13-cü mərtəbədən uşağını atacağı ilə hədələdi

Rusiyanın İrkutsk şəhərində kişi binanın 13-cü mərtəbəsinin eyvanından övladını atacağı ilə hədələyib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Kişi arvadının ona xəyanət etdiyini bildirib, sonra isə onun gətirilməsini tələb edib. Bir az sonra qadın hadisə yerinə gələrək qonşu mənzildən onunla danışmağa başlayıb.

Yerli KİV-in məlumatına görə, cütlük hazırda boşanma ərəfəsindədir. Bir gün əvvəl isə onlar arasında dava olub, kişi arvadını döyüb. Qadın da polisə müraciət edib. Bundan sonra kişi bağçadan uşağı götürüb, arvadına isə mesaj yazaraq övladını bir daha görməyəcəyini, həyatının son anını videoya çəkərək ona yollayacağını bildirib.

Hüquq mühafizə orqanları hər ehtimala qarşı eyvanın altında batut quraşdırıb.

2 saatlıq müzakirələrdən və qadının ərizəni götürəcəyinə söz verməsindən sonra kişi mənzilə girib. 

Qeyd olunur ki, həmin şəxs Orta Asiyadan olan 34 yaşlı Roman Terentyevdir.

Hazırda o saxlanılıb və barəsində azyaşlını öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.